Abonent borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə elektron formada məlumat əldə etmək üçün www.e-service.azerishiq.az və ya www.azerishiq.az saytı üzərindən keçid etməklə elektron hökümət portalı üzərindən əldə edə bilərlər. “e-service.azerishiq.az” portalından müraciət etdikdə açılan pəncərədə “Azərişıq” ASC-nin təqdim etdiyi elektron xidmətlərin ümumi siyahısından “Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi” xidməti seçilməlidir. Açılan növbəti pəncərədən elektron xidmətə daxil olmaq üçün aşağıdakı giriş vasitələrindən biri istifadə olunmalıdır:
- SİMA Rəqəmsal İmza ilə;
- Asan imza ilə;
- SİMA Token (Elektron İmza) ilə giriş;
- İstifadəçi identifikasiya nömrəsi;
- BSXM Elektron imza ilə:
Sistemə daxil olduqda müvafiq dövlət orqanları portala inteqrasiya olunduğundan bəzi məlumatlar avtomatik olaraq doldurulur. Qalan boş xanalar abonent tərəfindən doldurulur, o cümlədən, əlaqə məlumatları bölməsinə mobil telefon nömrəsini, elektron poçt ünvanı qeyd edilir və “Müraciəti göndər” düyməsi daxil edilir. Əlaqə məlumatlarında mütləq aktiv mobil telefon nömrə daxil edilməlidir. Aidiyyəti müraciət xanaları doldurduqdan sonra SMS xidməti və Elektron poçt vasitəsi ilə abonentə müraciətin qeydə alınması və müraciətin nəticəsi barədə məlumat göndərilir.
Həmçinin, abonent müraciətin nəticəsini www.e-gov.az portalında “Müraciətlərim” bölməsindən də yoxlaya bilər.
Digər xəbərlər
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Yenidənqurma işləri ilə əlaqədar bu ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 07 Oktyabr 2026
- “Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır 06 Avqust 2026
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026