“Azərişıq” ASC və Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərişıq” ASC-nin 5 illiyinə həsr olunmuş "İşıqlı Azərbaycan" respublika rəsm müsabiqəsinin qaliblərinin (16.10.2020-ci il tarixində) mükafatlandırılma mərasimi keçirilib.
Respublika rəsm müsabiqəsi Bakı şəhərində və respublikamızın regionlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında 2 mərhələdən ibarət olmaqla 3 yaş qrupu (6-9, 10-13,14-18) üzrə keçirilib. Müsabiqəyə ölkə üzrə 52 Uşaq-Gənclər İnkişaf Mərkəzindən 200-dən artıq rəsm əsərləri göndərilmişdir.
Müsabiqə ölkəmizi dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edən “Azərişıq” ASC-nin fəaliyyətində vətəndaş məmnunluğunu ifadə etmək, elektrik enerjisinin israfçılığının qarşısını almaq, elektrik enerjisinə qənaət etmək, dünyada koronavirus infeksiyasının yaratdığı pandemiya ilə əlaqədar ev şəraitində uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxartmaq, izolyasiya müddətində qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsini təmin etmək məqsədi ilə keçirilib.
Münsiflər heyəti tərəfindən seçilən qaliblər “Azərişıq” ASC tərəfindən müvafiq diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıb.
Digər xəbərlər
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Paytaxtın bir sıra ərazilərində enerjinin verilişində fasilə yaranacaq 01 İyul 2026