Hər zaman abonentləri dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşısına məqsəd qoyan “Azərişıq” ASC həmçinin təhlükəsizlik məsələsini də ön planda tutur. Bununla belə bəzi məsuliyyətsiz insanlar var ki, özünün və başqalarının həyatını düşünmədən ətraf üçün təhlükə saçan addımlar atır.
Belə ki, Abşeron rayonu, Hökməli-Qobu yolu, Koroğlu küçəsindən keçən 2 dövrəli 10 kv-luq Elektrik Verliş Xəttinin mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adı çəkilən EVX-nə toxunur. Obyekt sahibinə baş verə biləcək yanğın və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq edilib.
Bildiririk ki, belə hallar minlərlə istehlakçının dayanıqlı elektrik enerjisi ilə təminatını təhlükə altında qoyur. Və təbii olaraq qaydalara uyğun tikilmədiyi üçün gəlkəcəkdə bu binaya elektrik enerjisinin verilişi mümkün olmayacaq. Bu isə sahibkarın haqsız narazlığına səbəb olacaq. Obyekt sahibi özünün və bu binadan istifadə edəcək digər sakinlərin həyatı üçün hansı təhlükə yaratdığını dərk etsə də qaydalara məhəl qoymaq istəmir və tikintini bu gün də davam etdirib.
Bu barədə Abşeron rayonu İH-nə və həmçinin hüquq mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşnalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər.
“Azərişıq” ASC bir daha vətəndaşlara müraciət edərək bildirir ki, ev və ya hər hansı bir obyek tikən zaman qaydalara uyğun hərəkət etsinlər, özlərinin və başqalarının həyatı üçün təhlükə yaratmasınlar.