“Azərişıq” ASC tərəfindən “Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası - ümumilikdə 670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb.
Rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib. İlk dəfə 1963-cü ildə enerji təchizatı ilə təmin olunan kənddə elektrik enerjisi təsərrüfatında sonuncu dəfə 1980-ci ildə cari təmir işləri aparılıb. 40 il sonra “Azərişıq” ASC kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur. Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transformator məntəqələri tamamilə yenilənəcək. Mərhələli şəkildə yenilənmə prossesi 7 kənddə icra olunacaq.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Paytaxt və ətraf ərazilərin bir hissəsində fasilə yaranacaq 20 Aprel 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 05 Avqust 2026