Bu gün “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Füzuli rayonunda vətəndaşları qəbul edib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Füzuli rayonunun sakinləri iştirak ediblər. Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənilib.
R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkəsinin rəisinə müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.
Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanlar isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının Qarabağ regionu üzrə finalçısı müəyyənləşib 09 Sentyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 19 İyun 2026
- Yasamalda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 30 Avqust 2026
- Bakı və İsmayıllının bu ərazilərində fasilə yaranacaq 30 İyul 2026