Kadr seçimində şəffaflığın təmin edilməsi, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunması istiqamətində uğurlu fəaliyyət xətti seçən “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq keçirilən müsahibələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir. Həftədə bir dəfə həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, həm zaman itkisinə yol vermir, həm də yol üçün əlavə xərc çəkmiş olmurlar. Bu operativliyin və işə qəbulda şəffaflığın təmin edilməsi üçün uğurlu vasitə hesab olunur. Bu ildən tətbiq edilən teleprezent sistemi ilə müsahibə artıq 3 dəfə keçirilib. Xatırladaq ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər. Qeyd edək ki, “Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində Tədris Mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə Tədris Mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə Müəllim və professor heyəti tərəfindən ASC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur.
Digər xəbərlər
- Bu rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 25 Sentyabr 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Bakıda bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 14 İyul 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 İyul 2026