Bu gündən "Azərişıq" ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb.
Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1000-ə yaxın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub:
"Daim əməkdaşlarının təhlükəsizliyinə və sağlamlığına üstünlük verən "Azərişıq" ASC pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib.
Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa, 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yaradılıb".
TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi "Azərişıq" əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulacaq:
"Hər gün üçün təxminın 200 nəfər "Azərişıq" əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur" - deyə o əlavə edib.
Digər xəbərlər
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026
- Bakı və Goranboyda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 İyul 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026