Astaranın 14 kəndinin elektrik enerji təchizatı yaxşılaşdırıldı.
13 km uzunluğunda 10 kV–luq yeni xətt istifadəyə verildi.
“Azərişıq” ASC istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə ölkəmizin digər bölgələrində olduğu kimi Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində də geniş quruculuq işlərini davam etdirir.
Astara Elektrik Şəbəkəsinin ərazisində ümumi uzunluğu 13 km olan 10 kV–luq xəttin çəkilişi həyata keçirilib. Bu isə ümumilikdə 14 kənddə 5 minədək sakinin elektrik enerji təchizatının yaxşılaşdırılması deməkdir. Təchizatın yaxşılaşdırılması bu istiqamətdə böyük həcmdə itkilərin də qarşısını almış olacaq.
Hər il müşahidə edilən sel, güclü qar və külək 50 ildən çoxdur ki, istismar olunan 10 kV-luq bu xətdə tez-tez qəzaların baş verməsinə səbəb olrdu. Məhz təbiət hadisələri səbəbindən dayaqlar dəfələrlə yıxılıb və onların yerinə müvəqqəti dayaqlar basdırılıb. Həmçinin qabaritlər pozulub, naqil keyfiyyətini itirib, nəticədə əhali və digər abonentlər saatlarla işıqsız qalıb. Bundan sonra Astaranın ən ucqar 14 dağ kəndi daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
(Hamoşam kənd İcra Nümayəndəliyinin Klımbi, Hajuvi, Hamuşam, Qədəband, Toradi, Kavüəkər, Rıqulbə kəndləri, Əsxənəkəran kənd İcra Nümayəndəliyinin Əsxənəkəran, Əzərüd, Rüədılə, Şexonpeştə, Motlayataq, Overud, Vıləpərqu kəndləri)
Digər xəbərlər
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 27 İyul 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 08 İyun 2026