Yanvarın 8-də “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Xırdalanda vətəndaşları qəbul edib.
Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Abşeron rayonu və Sumqayıt şəhərinin sakinləri iştirak ediblər. Qəbulda “Azərişıq” ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənilib.
R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə öz həllini tapıb.
Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyat; üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08 İyul 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 05 May 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir 05 Sentyabr 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026