“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün təlim-müsabiqə elan edir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün təlimlər və yazı müsabiqəsi keçiriləcəkdir. Təlim-müsabiqənin keçirilməsində məqsəd jurnalistləri energetika sahəsinin xüsusiyyətləri və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyəti ilə tanış etmək, həmin dövr ərzində əldə olunmuş nailiyyətlərin və tətbiq edilən yeniliklərin işıqlandırılmasını, bu sahədə jurnalist tədqiqatlarının aparılmasını və sahəvi jurnalistikanın inkişafını stimullaşdırmaqdır.
Təlim-müsabiqədə Kütləvi İnformasiya Vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən şəxslər iştirak edə bilərlər. Təlimlərdə iştirak hüququ qazananlar (25 nəfər), təlim proqramını uğurla başa vurduqdan sonra “Azərişıq” ASC-nin 5 illik fəaliyyəti – inkişafın işıq surəti” mövzusunda yazı müsabiqəsi mərhələsinə buraxılır.
Müsabiqə mərhələsində yazıların qiymətləndirilməsi təşkilatçılar tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçiriləcək. Elan olunan mövzuda 3 (üç) əsas mükafatçı müəyyən ediləcək və birinci yer 1000 manat, ikinci yer 700 manat, üçüncü yer 500 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılacaq.
Sənəd qəbulu 21 sentyabr 2020-ci il saat 10:00-dan başlanır və 27 sentyabr 2020-ci il saat17:00-da bitir.
Təlimdə iştirakla bağlı qeydiyyatdan keçmək və daha ətraflı məlumat əldə etmək üçün www.kivdf.gov.az və www.azerishiq.az saytlarına müraciət edə bilərsiniz.
Qaydalarla tanış olmaq üçün bura daxil olun.
Qeydiyyatdan keçmək üçün bura daxil olun.
Digər xəbərlər
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026