21.11.2021-ci il tarixində Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.
Hadisədən dərhal sonar Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətitirilib və əməliyyat olununb. Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib.
Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.
Erməni terroru dinc insanlara qarşı öz çirkin üzünü hər zaman göstərməkdədir. Bununla belə cəsur Azərişıq əməkdaşları müharibənin ilk günündən etibarən heç nədən qorxmayaraq hərbiçilərimizlə çiyin-çiyinə hər zaman öndə olmuşdur. Müharibədən sonra da quruculuq işlərində yenə də böyük şərəf hissi ilə öz fəaliyyətini davam etdirir.
Digər xəbərlər
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 12 Mart 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026