Prezident İlham Əliyevin tapşırıqları “Azərişıq” ASC tərəfindən sürətlə icra olunur.
Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən görülmüş işlərdən bəhs edən “İşıqlı Qarabağ” sənədli filmi hazırlanıb.
Filmdə Cəbrayıl rayonu və Hadrut qəsəbəsinə hələ müharibə davam edən vaxtlarda elektrik xətlərinin çəkilməsindən, eləcə də Zəngilan, Qubadlı rayonları və Şuşa şəhərində görülən işlərlə bağlı real kadrlar və müsahibələr təqdim edilir.
Həmçinin sənədli filmdə Kəlbəcər rayonu ərazisində Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən görülən işlərdən bəhs edilir. Xüsusilə də qarlı və şaxtalı günlərdə hərbi hissələrə elektrik xətlərinin çəkilişində iştirak edən fədakar “Azərişıq” əməkdaşlarının fəaliyyəti “İşıqlı Qarabağ” sənədli filmində real kadrlarla göstərilir.
“Azərişıq” ASC olaraq hər zaman Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər qaraşının abadlıq-quruculuq işlərində iştirakdan və xalqımıza xidmətdən böyük şərəf duyuruq.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- Masallı, Ağdaş və Yevlax rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 01 Sentyabr 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026