“Azərişıq” ASC-nin rəsmi internet səhifəsində “Elektron Məlumat Kitabçası” bölməsi yerləşdirilmişdir. “Elektron Məlumat Kitabçası”na “məlumat” bölməsindən daxil ola bilərsiniz. Burada yaşıl “yüklə” düyməsinin üzərinə klik etməklə kitabı yükləmək mümkündür.
21 səhifədən ibarət olan elektron kitabça elektrik enerjisi təchizatı sahəsini, onun funksiya və xüsusiyyətlərini özündə əks etdirir. Kitabça Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühit” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchiza şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin (1.1.1-ci yarımbəndinə) əsasən hazırlanmışdır.
Giriş hissədə qeyd olunan
1. Elektrik enerjisi təchizatının təsviri
2. Elektrik enerjisi təchizatının funksiyalarının təsviri
2.1. Tariflərin müəyyən edilməsi
2.2 Xidmət keyfiyyətinin hədəfləri
3. Eelektrik enerjisi təchizatının əsas xüsusiyyətləri
bəndlərindən daxil olaraq lazımı hüquqi qaydalarla tanış olmaq olar.
Qeyd edək ki, elektron məlumat kitabçası dərc olunduğu zaman “Elektroenergetika haqqında” 03.04.1998-ci il tarixli 459- IQ nömrəli Qanunun (hps://e-qanun.az/framework/3524) hələ qüvvədən düşmədiyi, “Elektroenergetika haqqında” 11.04.2023-cü il tarixli 858-VIQ nömrəli Qanunun (hps://eqanun.az/framework/54209) isə yalnız 2024-cü ildə qüvvəyə minəcəyi nəzərə alınaraq hazırlanmışdır.
Digər xəbərlər
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib. 25 İyun 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026