Yanvarın 7-də Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq “Lovain” hava xəttində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 13:30-dək rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovain, Siyaku, Şiyəkəran, Təngərud kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Biləsuvar EŞ-nin ərazisində 10 kV-luq 1 saylı hava xəttində təmir işi həyata keçiriləcək. Beləliklə, saat 11:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Köhnə Amankənd, Muğan, Yuxarı Ağalı kəndlərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Paytaxtda da elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə işlər görüləcək. Bu məqsədlə Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 və 35 kV-luq elektrik xətlərində yenidənqurma, təmir-təftiş işləri aparılacaq. Saat 12:00-dan 15:00-dək Maştağa qəsəbəsinin bir hissəsində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Masallı, Ağdaş və Yevlax rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 01 Sentyabr 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2026