“Azərişıq” ASC Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparır.
320 abonenti olan kənddə yenidənqurma işlərinə başlanılıb. Uzun zaman istismar müddətini keçmiş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri yenilənir, komplekt transformator məntəqələri quraşdırlır. İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaqdır.
Həmçinin, 1980-cı ildə istifadəyə verilmiş 35/10 kv-luq “Yeni Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır. Qeyd edək ki, yarımstansiya Yeni Daşkənd, Şatırli, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir Hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.
Digər xəbərlər
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026
- Bakı və Sumqayıtda bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 01 Oktyabr 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 19 İyun 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026