Hörmətli “Azərişıq” ASC əməkdaşları!
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, işlərinizdə müvəfəqiyyətlər və şəxsi həyatınızda uğurlar diləyirəm.
Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü ardıcıl və məqsədyönlü siyasətə öz dəstəyini göstərən çoxmilyonlu dünya azərbaycanlarını bir amal, bir ali məqsəd birləşdirir: daim dövlətçiliyin keşiyində dayanmaq. Yeni il başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Arzu edirəm ki, 2020-ci il ölkəmizə və hər bir ailəyə xoşbəxtlik gətirsin.
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ürəkdən bir daha təbrik edir, hər bir evə uğurlar diləyir, can sağlığı, uzun ömür və ailə səadəti arzulayıram. Qoy bu Yeni il Sizə xoşbəxtlik, süfrənizə ruzi, qəlbinizə isə xoş hisslər bəxş etsin.
Yeni iliniz mübarək olsun!
Hörmətlə,
Vüqar Əhmədov
“Azərişıq” ASC-nin Sədri vəzifəsini icra edən
Digər xəbərlər
- Paytaxt və ətraf ərazilərin bir hissəsində fasilə yaranacaq 20 Aprel 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları 10 İyun 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026