Vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 24-də Qəbələdə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati binasında Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Qəbələ rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonunun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələ rayonu Qəmərvan kəndində görülən işlərlə yerində tanış olub. Kənd sakinləri ilə görüş zamanı onların fikirləri dinlənilib. Vətəndaşlar elektrik təsərrüfatında görülən yenidənqurma işlərinə görə Cənab Prezident İlham Əliyevə təşəkkür ediblər.
“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 17 İyun 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Avqust 2026
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026