"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 8-i saat 10:00-da Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul “Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Digər xəbərlər
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- “Azərişıq” ASC əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirib 28 Fevral 2026