“Azərişıq” ASC Şamaxı rayonunun Çuxuryurd kəndində yenidənqurma işlərinə başlayıb.
“Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması proqramına əsasən Şamaxı rayonunun Çuxuryurd kəndində yenidənqurma işlərinə başlanılıb. 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.
Köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar, hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə yaşayış məntəqəsinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir. Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.
Digər xəbərlər
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir 05 Sentyabr 2026
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026
- Bəzi ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 02 Sentyabr 2026
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 26 Avqust 2026
- “Azərişıq” ASC-nin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir 14 Sentyabr 2026