Bu gün “Caspian Energy Club”un təşkil etdiyi sayca 5-ci “Caspian Business Award”ın təqdimetmə mərasimi baş tutub. Mərasimdə “Azərişıq” ASC “İlin Enerji Şirkəti” nominasiyasında qalib elan edilib.
“Azərişıq” ümumilikdə “Caspian Energy Club”un 1500-ə qədər üzvü arasında keçirilən sorğu nəticəsində ilk pilləyə yüksəlib.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialqoların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Onlayn formatda keçirilən və dünyanın bir çox ölkəsindən 1500-ə yaxın iştirakçının qoşulduğu mükafatlandırma mərasimində çıxış edən “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə “Caspian Energy Club”un rəhbərliyinə və əməkdaşlarına təşəkkür edərək, 2020-ci il ərzində Səhmdar Cəmiyyət tərəfindən görülən işlər, aparılan islahatlar və həyata keçirilən innovativ tədbirlər haqda qısa məlumat verdi. Sonda, “Azərişıq” ASC-nin il ərzində fəaliyyətinə dair videoçarx forum iştirakçılarına təqdim olundu.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Digər xəbərlər
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026