Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib. Ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilə olub.
"Azərişıq"ASC rəhbərliyi başda olmaqla, Bakı şəhəri və region texniki departament, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbələri və regionlara göndərilib. Gecə saatlarında leysan yağışları səbəbindən Bakı regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılıb.
Son illər "Azərişıq"ASC-nin elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində ciddi qəzalar baş verməyib. Hava şəraitinin kəskin keçməsinə baxmayaraq, istehlakçılar ölkə boyu dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur.
Digər xəbərlər
- “Azərişıq” ASC əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirib 28 Fevral 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026