“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi qədim tarixə sahib Bərdə şəhərinin də elektrik təsərrüfatını yenilənir. Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan yenidənqurma işləri çərçivəsində rayonun mərkəzi küçə və məhəllələri ilə yanaşı, kəndlərdə də köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Mustafaağalı, Arabaçılar, Qaratəpə kəndlərində yeni sayğaclar quraşdırılıb. 60 km-ə yaxın müasir standartlara cavab verən izolyasiyalı elektrik xətti çəkilib.
Həmin 3 kənddə 0,4 kV-luq və 10 kV-luq köhnə dayaqlar yeni metal dayaqlarla əvəz edilib. Abonentlərin fasiləsiz və davamlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yeni 16 ədəd transformator da quraşdırılıb.
Qeyd edək ki, sözügedən kəndlərdə elektrik xətləri ötən əsrin 50-60-cı illərindən istismar edildiyi üçün əvvəllər elektrik enerjisinin verilişində bir sıra hallarda çətinliklərin yaranmasına səbəb olurdu. Mustafaağalı, Arabaçılar və Qaratəpə kəndlərində yenidənqurma işləri başa çatdıqdan sonra ümumilikdə, 1000-ə qədər abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
“Azərişıq” ASC qədim Bərdə şəhəri ilə yanaşı İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.
Digər xəbərlər
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2026-cı ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 10 Aprel 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026