“Azərişıq” ASC bütün regionlarda olduğu kimi Ağdamın da elektrik təsərrüfatını yenidən qurur. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.
Rayonun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər, 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə ümumilikdə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.
Baş Qərvənd, Güllücə, Suma, Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xəttinin çəkilişi yekunlaşıb, Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən Azərişıq” ASC ölkənin bütün regionlarında əsaslı təmir-bərpa və yenidənqurma işlərini davam etdirir.
Digər xəbərlər
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Goranboy, Mingəçevir və Yevlaxdan olan sakinlərlə görüşüb 02 Oktyabr 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2026
- “Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib 10 İyun 2026
- Nizami rayonunun bu ərazisində fasilə yaranacaq 28 İyun 2026