Bu gün "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Yardımlıda vətəndaşları qəbul edib.
Qəbulda Masallı və Yardımlıdan olan vətəndaşlar iştirak ediblər.
Əhalinin müraciətlərini dinləyən “Azərişıq”ASC rəhbəri bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Bir sıra araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.
Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026