Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 12-də Yasamalda Transformator Məntəqəsində (TM) təmir, Xətai rayonunda isə 6 kV-luq hava xətdində yenidənqurma işləri aparılacaq


Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Əsəd Əhmədov, Mehman Bünyadzadə, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Xəzər RETSİ-nə daxil olan Buzovna qəsəbəsi Nadir Axundov və Neftçilər küçələrinin bəzi ərazilərində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.


Elektrik təsərrüfatında həyata keçiriləcək təmir işləri Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Ceyranbatan və Sumqayıt Elektrik Şəbəkələrini (EŞ) də əhatə edəcək. Beləliklə, saat 10:00-dan 15:00-dək Ceyranbatan ərazisində Tuğ-zavod, Asfalt zavod və Dəri sexi, həmçinin Sumqayıt EŞ-yə daxil olan Stansiya Sumqayıt və "MERO" yaşayış massivlərinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.


Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.