Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən və yeni tikilən 35/10 kV-luq “Sırıq” yarımstansiyasının sxemə qoşulması, həmçinin 35 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan saat 14:00-dək şəhərin bir sıra mərkəzi küçələrində, eləcə də Allar, Bürzünbül, Çay Üzü, Dağ Üzü, Daşkənd, Köryədi, Kürəkçi, Sırıq, Vəlixanlı, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 16 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- Paytaxt və ətraf ərazilərin bir hissəsində fasilə yaranacaq 20 Aprel 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 24 İyun 2026