“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Şəmkirin Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC-nin həyata keçirdiyi investisiya layihəsi çərçivəsində Şəmkir rayonunun Yuxarı Seyfəli və İrmaşlı kəndlərinin elektrik şəbəkəsi yenilənir.
Yenidənqurma nəticəsində 669 abonenti olan Yuxarı Seyfəli kəndində 12 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 8 km-a yaxın 10 kV-luq, 31 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.
Şəmkirin İrmaşlı kəndində də yenidənqurma işləri yekunlaşmaq üzrədir. 898 abonenti olan kənd ərazisində müxtəlif güclərdə 11 ədəd komplekt transformator məntəqəsi quraşdırılır. 52 km-a yaxın 10 kV-luq, 59 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdirilir.
Yuxarı Seyfəli və İrmaşlı kəndində abonentlərin sayğacları da yenisi ilə əvəzlənir və bütün işlər artıq yekunlaşmaq üzrədir. İşlər tam başa çatdıqdan sonra isə ümumilikdə 1567 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Digər xəbərlər
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 01 May 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026