Quba Elektrik Şəbəkəsində (EŞ) yerləşən 35/6 kV-luq “Quba” yarımstansiyasında iyunun 11-də əsaslı təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq həmin tarixdə rayonun bir sıra kəndlərində və şəhər ərazisində elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 10:00-dan saat 16:00-dək Nəriman Nərimanov, Qasım İsmayılov, Səməd Vurğun, Yusif Qasımov, Memar Əcəmi, Məhəmməd Əmin Rəsulzadə, Əliqulu Nərimanov, Əliheydər Orucov, Arif Hüseyzadə, 223 Atıcı diviziya, Molla Pənah Vaqif, Gənclər, Hacıbaba Əliyev küçələri, Heydər Əliyev prospekti, həmçinin rayonunun Ağbil, Aşağı Atuc, Dağlı, Əlibəyqışlaq, Mirzəməmmədkənd, Vladimirovka kəndləri, Qırmızı Qəsəbə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 8-ci regional turu təşkil olunub 20 Sentyabr 2026