Qaradağ rayonu ərazisində fəaliyyət göstərən yüzlərlə daş karxanalarının elektrik təchizatı müxtəlif dövrlərdə «Elektrik Qurğularının Quraşdırılması Qaydaları»nın tələblərinə riayət edilmədən quraşdırılmış və “Elektrik Qurğularının İstismar Qaydaları”nın “Texniki Təhlükəsizlik Qaydaları”nın tələbləri gözlənilmədən istismar edilməkdədir. Bununla yanaşı həmin daş karxananın  qidalandırıldığı enerji mənbələrindən  6 kV-luq gərginliyə görə  normativlə buraxıla bilən məsafədən uzaq olduğu  üçün xəttin sonunda gərginlik düşküsü yaranır, bununla da enerji təchizatı müəssisəsinin («Azərişıq» ASC) qidalandırıcı şəbəkəsində qəza açılmalarının baş verməsi və itkilərin  səviyyəsinin artması kimi problemlərin yaranmasına səbəb olur. Bu daş karxanalarının sahiblərinə zaman-zaman xəbərdarlıqlar edilməsinə baxmayaraq şəbəkələrinin normal vəziyyətə gətirilməsi üçün heç bir texniki tədbirlər görülməmişdir.

 

 

 

 

 

 

 

Bu problemlərin aradan qaldırılması məqsədi ilə   və həmçinin «Azərişıq» ASC  enerji istehlakçılarının keyfiyyətli, fasiləsiz elektrik təchizatının təmin edilməsini ön planda saxlamasını əsas götürərik, digər istehlakçılarda olduğu kimi daş karxanalarının da elektrik təchizatının yaxşılaşdırılması qərarına gəlmişdir.

 

    

 

 

Bu zərurətdən, Qaradağ rayonu ərazisində yerləşən  yüzlərlə daş karxanalarının  51 ədədinin elektrik təchizatında yaranan   gərginlik düşküsünün qarşısının alınması, həmçinin fasiləsiz elektrik təchizatının təmin edilməsi məqsədi ilə  «Azərişıq» ASC daş karxanalarından normativ məsafədə yeni 35 kV-luq yarımstansiyanın  tikilib quraşdırılmasını həyata keçirir. Hal hazırda işlər başa çatdırılmış, yarımstansiyanın qidalandırılması üçün «Azərişıq» ASC-nə məxsus 35/6 kV-luq 504 saylı yarımstansiyadan 16 km uzunluqda 35 kV-luq elektrik hava xətti çəkilib quraşdırılmışdır.

 

 

 

Yeni yarımstansiyaya qoşulacaq daş karxanaların  daxili elektrik təchizatının mövcud  texniki qaydaların tələblərinə uyğun vəziyyətə gətirilməsi  məqsədi ilə mütəxəssislərimiz tərəfindən yoxlamalar aparılmış, aşkar edilmiş qüsurları əks etdirən, xəbərdarlıqlar və daş karxanalarının elektrik  şəbəkələrinin fotoşəkilləri tərtib edilərək  daş karxanaların sahiblərinə məktubla birlikdə təqdim edilmişdir. Məktubda karyerlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə «Azərişıq» ASC tərəfindən görülmüş işlər və daxili şəbəkələrin texniki vəziyyətinin texniki normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi üçün təkliflər və yeni tikiləcək 35 kV-luq yarımstansiyaya qoşulmaları üçün texniki şərt alınması məqsədi ilə Asan Kommunal Xidmətinə müraciət edilməsinin vacibliyi göstərilmişdir.

 

         

 

 

Abşeron rayonu ərazisində yerləşən və elektrik şəbəkələrində ciddi problemlər olan 9 ədəd daş karxanalarının elektrik təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni tikilib quraşdırılmış 110/35/10 kV-luq «Qobu» yarımstansiyasından daş karxanaların yerləşdiyi «Yuxarı Güzdək» qəsəbəsinə yeni elektrik hava xətti çəkilmiş və xətdən qoşulmaqla yeni 10 kV-luq müasir avadanlıqlarla  təchiz edilmiş paylayıcı qurğu tikilib quraşdırılmışdır. Ərazidə yerləşən 9 ədəd daş karxanasının elektrik təchizatında yoxlamalar aparılmış, qüsurlarla bağlı xəbərdarlıqlar və fotoşəkillər  daş karxanaların sahiblərinə təqdim edilmiş və onların da yeni paylayıcı qurğuya qoşulmaları üçün texniki şərtə görə  Asan Kommunal Xidmətinə müraciət etmələri  tövsüyyə edilmışdir.

 

 

 

Digər xəbərlər