Bakı şəhər Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərin elektrik şəbəkələrində 27 sentyabr gecə saatlarında təmir işləri aparılacaq. Bununla əlaqədar saat 02:00 – 03:00 aralığında Nəsimi rayonunun Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- "Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub 03 İyun 2026
- “Azərişıq” ASC Ağdərənin elektrik təsərrüfatını yenidən qurur 25 Avqust 2026