İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, müasir texnologiyaların paylayıcı şəbəkədə tətbiqi “Azərişıq” ASC-nin fəaliyyətinin başlıca məqsədlərindəndir.
Bu istiqamətin yüksək səviyyədə saxlanılması üçün abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam ödənilməsi, enerji itkilərinin azaldılması, debitor borcların yığılması və enerji səmərəliliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunanalar arasında elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borclar, Səhmdar Cəmiyyətin fəaliyyətinə mənfi təsir göstərən amillərdən biridir.
Debitor borcların azaldılması istiqamətində həyata keçirilən tədbirlər sırasına yeni nəsil müasir smart sayğacların quraşdırılmasını göstərmək olar. Belə sayğacların tətbiqi zamanı qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Ən başlıcası isə istehlakçı karta yüklədiyi vəsait miqdarında elektrik enerjisi alır və əgər onun borcu mövcuddursa, vəsaitin bir hissəsinin həmin borcun ödənilməsinə yönəldilir. Bu tip sayğacların quraşdırılması işi Səhmdar Cəmiyyət tərəfindən ardıcıl aparılır və eyni zamanda enerji itkilərinin azaldılmasına müsbət təsir göstərir.
Növbəti illər ərzində istismar müddətini bitirmiş sayğacların yeni, müasir sayğaclarla əvəz olunması, quraşdırılan sayğaclar arasında smart sayğacların faiz nisbətinin artırılması, debitor borcların yığılması istiqamətində Səhmdar Cəmiyyət üçün daha böyük hədəflər əldə edilməsinə şərait yaradacaqdır.
Smart sayğacların üstünlükləri barədə Səhmdar Cəmiyyət tərəfindən istehlakçılar arasında davamlı olaraq maarifləndirmə işləri aparılır.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026