«Təsdiq edirəm» 
                                                                                                                                                                             Azərbaycan Respublikası
                                                                                                                                                                              Satınalmalar üzrə Dövlət
                                                                                                                                                                                Agentliyinin direktoru
                                                                                                                                                                             _________İ.Ə.Mehdiyev                                                                                                                                                                              «27 » noyabr 2002-ci il
                                                                                                                                                                               Əmr ? 15

 

Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) satın alınmasının təkliflər sorğusu üsulu ilə təşkili və keçirilməsinə dair

METODIKI TƏLIMAT


      I. Ümumi müddəalar. 
      1.1. Bu Təlimat «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmış, malların (işlərin və xidmətilərin) satınalınmasında təkliflər sorğusu prosedurunun təşkilinə və keçirilməsinə dair qaydaları müəyyən edir və dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfındən malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilir. 
      II. Təkliflər sorğusu prosedurunun təşkili və keçirilməsi. 
      2.1.   Təkliflər sorğusu prosedurunun təşkili və keçirilməsi üçün satınalan təşkilat «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada aidiyyati təşkilatların nümayəndələrini cəlb etməklə satın alınan mallar (işlər və xidmətlər) üzrə ixtisaslaşmış mütəxəssislərdən və məsul işçilərdən ibarət tender komissiyası formalaşdırır. 
      2.2.      Tender komissiyası təkliflər sorğusunun şərtlərini müəyyənləşdirərək təsdiq edir. Müsabiqənin təşkili üçün əməli cəhətdən məqsədəuyğun sayda, üçdən az olmamaq şərti ilə ixtisaslaşmış və potensial imkanı olan malgöndərənlərin (podratçıların) siyahısı tərtib olunur və onlara müsabiqədə iştirak etmək üçün təkliflər sorğusunun şərtlərini göndərir. Bu barədə məlumat «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində uyğun olaraq satınalma prosedurları haqqında hesabata daxil edilir. 
      2.3.  Satınalan təşkilat təkliflər sorğusu üsulu ilə keçirilən müsabiqə barədə mətbuatda bildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun     saymadığı     hallar     istisna     olmaqla,     malgöndərənlərdə (podratçılada) təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətubat orqanında bildiriş dərc etdirir.
      2.4.   Satınalan təşkilat tərəfındən malgöndərənlərə(podratçılada) təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətubat orqanında bildiriş dərc etdirir.
      2.4.   Satınalan təşkilat tərəfındən malgöndərənlərə (podratçılara)
göndərilən təkliflər sorğusunda ən azı aşağıdakılar göstərilir:
      2.4.1 Satınalınan mallara (işlərə və xidmətlərə) olan təlabatın təsviri, onların texniki xüsusiyyətləri, spesifıkasiyaları, müvafıq yerli və beynəlxalq standartlara uyğunluğu, malların göndərilmə şərtləri (İNKOTERMS-2000 şərtlərinə uyğun olaraq), yerinə yetirilən işlərin və göstərilən xidmətlərin yeri, satınalma müqaviləsinin başlanma və tamamlanma tarixləri, ödəmə şərtləri, təminatın təqdim olunma qaydası, öhdəliklər yerinə yetirilmədiyi halda cərimələrin tətbiq olunması və digər şərtlər. 
      2.4.2 Təkliflərin qiymətləndirilməsi üçün kəmiyyətlə ifadə olunan və nisbi qiyməti göstərilən meyarlar. Bu meyarlar təhvil verilən malların istismar, texniki xidmət və təmir xərclərini, malların göndərilməsi, işlərin başa çatdırılması və ya xidmətlərin göstərilməsi müddətlərini, malların funksional xüsusiyyətlərini, ödəniş şərtlərini, mallar (işlər və xidmətlər) üçün təminat şərtlərini, malgöndərənlərin (podratçıların) ixtisasmı və potenisial imkanlarını, idarəetmə və texniki səriştəsini əks etdirən və digər satınalan təşkilatın ehtyacının ödənilməsi baxımından səmərəliliyi təmin edən meyarlar, habelə təkliflərin qiymətləndirilməsi üçün tətbiq edilən üsul. 
      2.4.3 Müsabiqə iştirakçılarma təlimatlar və nəzərdə tutulan bir sıra sənədlərin standart formaları, satınalma müqaviləsinin şərtləri, yerinə yetirilmə müddətləri, qrafıkləri və müqavilənin icrası ilə əlaqədar digər tələblər. 
      2.4.4 Təkliflər sorğusunun şərtlərinə dair izahatların verilməsi və ya onlarda hər hansı dəyişikliklərin aparılması qaydası. 
      2.5 Satınalan təşkilat satınalmaların şərtlərindən asılı olaraq təkliflər sorğusunu birmərhələli və ya ikimərhələli usulla həyata keçirir. 
      2.6 Aşağıdakı hallarda satınalan təşkilat satınalmaları birmərhələli üsulla həyata keçirir: 
      2.6.1. Yaranmış tələbatın satınalan təşkilat tərəfındən satınalma prosesinin bilərəkdən uzadılmasının nəticəsi olmadığı və belə vəziyyətin yaranacağını əvvəlcədən görməyin mümkün olmadığı şəraitdə malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat yarandıqda və açıq tender prosedurunun və ya satınalmanın digər metodlarının tətbiq olunması praktiki cəhətdən məqsədəuyğun olmadıqda. 
      2.6.2   Birmərhələli   üsulla   keçirilən   təkliflər   sorğusu   prosedurunda iddiaçılar   tərəfındən   şərtlər  toplusuna  uyğun   olaraq   texniki  və   maliyyə təklifləri birlikdə, qapalı zərfdə satınalan təşkilata müəyyən olunmuş vaxtda təqdim olunur.
      2.7. Aşağıdakı hallarda satınalan təşkilat satınalmaları ikimərhələli üsulla həyata keçirir:
      2.7.1.   Malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə; 
      2.7.2 Satınalan təşkilat elmi tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla). 
      2.7.3 İkimərhələli üsulla keçirilən təkliflər sorğusu prosedurunun birinci mərhələsində satınalan təşkilat malların (işlərin) texniki xarakteri və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar malgöndərənlərlə (podatçılarla) müzakirə aparır və buna dair onlardan təklifləri cəlb edir. Müsabiqə prosedurunun ikinci mərhələsində, birinci mərhələni keçmiş bütün malgöndərənlərə (podratçılara) satınalan təşkilat texniki şərtlərin son variantını  göndərir və bu şərtlərə uyğun olaraq iddiaçıların qiymət təkliflərini cəlb edir. 
      2.8.  Təkliflər sorğusu əsasında malgöndərənlər (podratçılar) tərəfındən təqdim olunan təklif zərfləri müəyyən edilmiş tarixdə və saatda tender komissiyası tərəfındən zərflərin daxil olma ardıcıllığı ilə malgöndərənlərin (podratçıların) iştirakı ilə açılır və təklif olunan qiymətlər elan olunur.
Zərflərin açılışı prosedurunda malgöndərənin (podratçının) və ya onun müvəkkilinin iştirak etməməsi onların təkliflərinin kənarlaşdırılmasına əsas vermir. 
      2.9 Tender komissiyası təkliflərin qiymətləndirilməsini, təkliflər sorğusunda göstərilmiş meyarlar, həmçinin həmin meyarların nisbi qiymətinə və tətbiqi qaydasına uyğun apararaq və iddiaçılar arasında birinci, ikinci, üçüncü yerləri müəyyənləşdirir. Birinci yeri tutmuş malgöndərənə (podratçıya) satınalma müqaviləsinin bağlanması barədə bildiriş göndərilir. 
      2.10. Satınalma müqaviləsinin şərtləri Nazirlər Kabinetinin 28 fevral 2003-cü il tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş «Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi»nin tələblərinə uyğun tərtib olunur və keçirilən müsabiqənin şərtlər toplusunda öz əksini tapır. 
      2.11.  «Dövlət satınalmaları haqqında» Qanunun 10-cu maddəsi nəzərə ahınmaqla, müzakirələri aparan tərəflərin heç biri digər tərəfm razılığı olmadan bu müzakirələrə aid hər hansı qiyməti, texniki və ya digər məlumatları başqa şəxsə açmır.
      2.12.  Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 50 min manat və ondan yuxarı olduğu halda onların satın alınması üzrə müsabiqənin təkliflər sorğusu üsulu ilə həyata keçirilməsi «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin tələblərinə uyğun olaraq Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında aparılır. 
Bu halda satınalmalarda dövlət riskinin azaldılması məqsədi ilə müsabiqədə iştrak edən iddiaçılar təkliflərinə dair təminat təqdim etməlidir. Bu təminat bank zəmanəti, akkereditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə akkreditivləri ola bilər. (Tender təklifinin təminatı forması əlavə olunur) 
      2.13.  Təkliflər sorğusunun nəticələri haqqında tender komissiyasının protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 saylı Qərarı ilə təsdiq olunmuş «Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin» əsasında tərtib edilir (əlavə olunur) və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Təkliflər sorğusu prosedurunun nəticələri ilə razılaşmayan tender komissiyasının üzvləri yekun protokolunu imzalayaraq öz xüsusi rəylərini protokola əlavə edir.
Yekun protokolunun surəti onun imzalanmasından sonra «Dövlət satınalmaları haqqında» Qanunun 37.5-ci maddəsinin tələblərinə uyğun olaraq 3 (üç) bank günü ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunur. 
      2.14.     Təkliflər sorğusu proseduru haqqında hesabat "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada aparılır və keçirilən satınalmalara dair sənədlər Qanunun 54-cü maddəsinə uyğun toplanıb saxlanılmalıdır. 
      2.15. Təkliflər sorğusu proseduru ilə keçirilən müsabiqənin nəticələri ilə razı olmayan iddiaçılar «Dövlət satınalmaları haqqında» Qanunun VIII fəslinin 55-ci və 60-cı maddələrində nəzərdə tutulmuş qaydada şikayət edə bilər.

      III. Məsuliyyət.

      3.1 Dövlət satınalmalarının təşkili və keçirilməsində qanun pozuntusuna yol verən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

IV. Təkliflər sorğusu üsulu ilə keçirilən müsabiqə iştirakçıları üçün
TƏLİMAT


      1. Maliyyə mənbəyi
      1.1. Satınalan təşkilat, satın alınan malların (işlərin və xidmətlərin) maliyyə mənbəyi (dövlət büdcəsi, büdcədən kənar və digər dövlət vəsaitləri) haqqında məlumatı təlimatın məlumat xəritəsində göstərir.
      2. Malların və xidmətlərin mənşəyi.
      2.1. Satın alınan malların və göstərilən xidmətlərin (o cümlədən yerinə yetirilən işlər çərçivəsində satın alınan malların və göstərilən xidmətlərin) mənşəyi Azərbaycan Respublikasının mövcüd qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş qərarlara əsasən satın alınan qadağan olunmuş ölkələrdən (ərazilərdən) olmamalıdır.
      2.2.  Malların və xidmətlərin mənşəyi dedikdə, malların istehsal olunduğu, əkildiyi və ya hasil edildiyi, xidmətlərin isə göstərildiyi ölkə (ərazi) nəzərdə tutulur. Malların və xidmətlərin mənşəyi iddiaçmın dövlət mənsubiyyətindən fərqlənə bilər. 
      3. Müsabiqənin əsas şərtlər toplusu. 
      3.1.    Müsabiqənin əsas şərtlər toplusunda satın alınan malların texniki xüsusiyyətləri, keçirilən təkliflər sorğusu prosedurlarının qaydaları və satınalma muqaviləsinin şərtləri əks olunur. Müsabiqənin əsas şərtlər toplusu aşağıdakı hissələrdən ibarətdir: 
      -  Təkliflər sorğusu proseduruna dəvət;
      - Müsabiqə iştirakçıları üçün təlimat (MlT);
      - Satınalma müqaviləsinin şərtləri;
      - Satın alınan mallara (işlərə və xidmətlərə) dair tələbləri;
      - Təklifin forması və qiymət cədvəlləri;
      - Təklifin təminatının forması (satın alınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 50 min. manat və ondan yüksək olduqda tətbiq olunur);
      - Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının forması;
      - Satınalma müqaviləsi üzrə avans ödənişinin təminatının forması;
      3.2.  Satınalmada iştirak edən iddiaçılar müsabiqənin əsas şərtlər toplusunun məzmunu, o cümlədən ona daxil olunan təlimatlar, formalar, şərtlər və texniki spesifıkasiyalarla ətraflı tanış olmalıdırlar. Əsas şərtlər toplusunun tələblərinə riayət olunmaması və tələb olunan sənədlərin vaxtında təqdim olunmaması iddiaçının səhvi kimi qiymətləndirilərək, onun tender təklifınin kənarlaşdırılması ilə nəticələnə bilər.
      4.  Təqdim olıınan təklifin dili
      4.1. İddiaçının hazırladığı təklif, həmçinin satınalma ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan Respublikasının Dövlət dilində tərtib olunmalıdır. Zərurət olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər. İddiaçının təqdim etdiyi müşaiyət edici sənədlər başqa dildə tərtib edilə bilər, bu şərtlə ki, həmin sənədin bölmələr üzrə rəsmi qaydada təsdiq olunmuş dəqiq tərcüməsi Azərbaycan Respublikasının Dövlət dilində təqdim olunmalıdır. Təqdim olunan təkliflərin qiymətləndirilməsi zamanı, üstünlük tərcümə edilmiş nüsxəyə verilir. 
      5.  Təklifə əlavə edilən sənədlər. 
      5.1. İddiaçının müsabiqəyə hazırladığı təklifınə aşağıdakı sənədlər daxil edilməlidir: 
      a) 6 və 7-ci maddələrə uyğun olaraq tərtib edilmiş təklifın forması və qiymət cədvəlləri; 
      b) 10-cu maddəyə əsasən İddiaçının təklif etdiyi malların, görülən işlərin və göstərilən xidmətlərin müsabiqənin əsas şərtlər toplusunun tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;

      c) Təqdim olunan təklifın tə'minatı. 
      d) İddiaçının ixtisas göstəriciləri barəsində sənədlər. 
      6.  Təklifin forması. 
      6.1 Təklifın formasında və qiymət cədvəlində göndəriləcək malların adı, qısa təsviri, istehsal olunduğu və ya gətirildiyi ölkə, həcmi, ölçü vahidi və qiyməti göstərilməlidir. 
      6.2 İddiaçı tərəfındən satınalma proseduruna alternativ təklif və ya hər hansı güzəşt təqdim etdikdə, həmin alternativ təklifın qiyməti və ya güzəştin həcmi tender təkfli formasında öz əksini tapmalədır. 
      6.3 İddiaçı satınalma üzrə müsabiqədə iştirak etmək üçün yalnız bir təklif verə bilər və həmin müsabiqədə yalnız bir iddiaçı qismində iştirak edə bilər. 
      7.  Təqdim olunan təklifin qiyməti. 
      7.1.    Qiymət    cədvəllərində   əks olunan    qiymətlər    aşağıdakı    qaydada 
göstərilməlidir. 
Cədvəl 1. Xaricdən gətirilən mallar üzrə qiymət cədvəli: 
      I. Azərbaycan Respublikasında tə'yin olunmuş yerə gətirilməsi nəzərə alınmaqla və bütün ödəniləcək kömrük rüsumları və vergiləri, sığorta ödəmələri daxil olmaqla, Malların təsbit olunmuş qiyməti. İddiaçı xaricdən Malların gətirilməsi zamanı səlahiyyətli ölkədə qeydiyyatdan keçmiş dəniz nəqliyyatından, nəqliyyat və sığorta agentliklərinin xidmətlərindən istifadə edə bilər; 
      II. Cədvəl 2. Azərbaycan Respublikası ərazisindən göndərilən mallar üzrə qiymət cədvəli: 
      I. EX-factory (zavoddan), EX-showroom (sərgilərdən), EX-Warehouse (anbardan), şərti ilə malların qiyməti, vəziyyətdən asılı olaraq, bütün ödəniləcək kömrük rüsumları və vergiləri daxil olmaqla;
      a) EX-factory (zavoddan) alınma şərti ilə istehsal olunan və ya yığılan Malların qiyməti və 
      b) EX-showroom (sərgilərdən), EX-Warehouse (anbardan) alınma şərti ilə -əvvəllər idxal olunmuş Malların qiyməti;
      -    Müqavilə bağlandığı halda, mallar görə Azərbaycan Respublikasında ödəniləcək vergilər; 
      III. Cədvəl 3. Ölkə daxili daşımalar: 
      I. Ölkə daxilində nəqliyyat xərclərinin ödənilməsi, sığorta və siyahı üzrə alınan malların təyin olunmuş yerə qədər gətirilməsi ilə əlaqədar digər daşınma xərclərinin dəyəri; 
      Cədvəl 4. Ümumi yekun: 
      I. 1-ci, 2-ci və 3-cü Cədvəllərin yekunu 
      Cədvəl 5. Təklif olunan əlavə mallar üzrə qiymət cədvəli. 
      I. Alınması təsdiq olunan mallardan başqa iddiaçının təklif etdiyi digər malların qiyməti. 
      7.2 9.2-ci maddəyə uyğun olaraq iddiaçıların təkliflərinin komponentlərə görə bölüşdürülməsi, Satınalan təşkilatın təkliflərin müqayisəsini asanlaşdırmaq məqsədi güdür və bu təklif olunan şərtlərlə müqavilənin bağlanmasında Satınalan təşkilatın hüquqlarını məhdudlaşdırmır; 
      7.3 İddiaçının təklif etdiyi qiymətlər, müqavilənin qüvvədə olma müddəti ərzində dəyişməz qalmalıdır. 
      8.  Təklifin valyutası. 
      8.1. Qiymətlər aşağıdakı valyutalarla göstərilməlidir; 
      a)    İddiaçı malları Azərbaycan Respublikasının ərazisindən göndərirsə, qiymətlər Azərbaycan Respublikasının manatı ilə göstərilməlidir; 
      b) İddiaçı malları Azərbaycan Respublikasının hüdudlarından kənar yerlərdən göndərirsə, bu halda qiymətlər sərbəst dönərli valyuta ilə göstərilir. 
      8.2.  Əgər iddiaçı müqaviləni yerinə yetirərkən xərclərin bir hissəsini müxtəlif valyutalarla aparırsa və ödəmənin həmin növ valyutalarla həyata keçirilməsini istəyirsə, bu halda öz təklifındə bunu göstərməlidir. Belə olduğu halda iddiaçı təklifındə 3 valyuta növündən artıq olmamaqla müxtəlif sərbəst dönərli valyutaların adlarını göstərə bilər. 
      9.  Satın alınan malların əsas şərtlər toplusunun tələblərinə uyğunluğunu təsdiq edən sənədlər. 
      9.1 İddiaçı müqavilə üzrə bütün malların və xidmətlərin Əsas şərtlər toplusuna uyğun olaraq yararlığını təsdiqləyən sənədləri özünün təklifinin bir hissəsi kimi təqdim etməlidir; 
      9.2 Təklif olunan malların mənşəyini göstərən təsdiqedici sertifıkat sənəd təqdim olunmalıdır;
      9.3.  Əsas şərtlər toplusuna uyğun olaraq malların və xidmətlərin sənədlərlə təsdiq olunması mətn formasında, çertyoj şəklində təqdim oluna bilər və aşağıdakılar buraya daxil edilməlidir:
      a) malların əsas texniki və istismar xassələrinin dəqiq şərhi; 
      b) malların və xidmətlərin əsas şərtlər toplusunda göstərilmiş texniki tələblərə uyğunluğunu nümayiş etdirən və ya əksinə texniki şərtlərdə göstərilən tələblərdən istisna və ya dəyişikliyi əks etdirən sənəd; 
      9.4. 9.3.(b) maddəsində qeyd olunan şərtlərin yerinə yetirilməsi üçün Satınalan təşkilat göstərməlidir ki, işlərin yerinə yetirilməsi standartları, avadanlıq və materiallar, habelə fırma markaları və texniki şərtlərdə göstərilən kataloq nömrələri məhdudiyyət deyil şərti xarakter daşıyır. Texniki şərtlərdə göstərilənlərlə mahiyyət etibarilə eyni qiyməti olan və Satınalan təşkilatı təmin etmək şərtilə İddiaçı öz tender təklifındə alternativ standartlar, fırma adları və nömrələri təklif edə bilər. 
      10. Təklifin qüvvədə olma müddəti. 
      10.1 Təklifı, zərfləri açılma tarixindən başlayaraq, Əsas şərtlər toplusunun məlumat xəritəsindən göstərildiyi müddət ərzində qüvvədə olmalıdır. 
      10.2 Müstəsna hallarda Satınalan təşkilat İddiaçıdan onun təklifınin qüvvədə olma müddətinin uzadılmasını xahiş edə bilər. Belə xahiş və ona cavab yazılı formada (ya faksla və ya telekslə) həyata keçirilir. 
      11. Təklifin hazırlanması, imzalanması və möhürlənmləsi. 
      11.1 İddiaçı, Əsas şərtlər toplusunda göstərildiyi kimi «Təklifın əsli və surəti» göstərməklə təklifın bir neçə surətini hazırlamalıdır. Biri-birindən fərqli olan hallarda üstünlük əslə veriləcəkdir; 
      11.2 Təklifın əsli və surəti çap olunmalı və ya pozulmayan mürəkkəblə yazılmalı, iddiaçı tərəfındən imzalanmalı və möhürlənməlidir. Təklifı imzalamaq səlahiyyəti verən məktub, təklifə vəkələtnamə şəklində əlavə olunmalıdır. Nəşr edilmiş ədəbiyyat istisna olmaqla tender təklifınin bütün səhifələri səlahiyyətli şəxs və ya şəxslər tərəfındən imzalanmalı və möhürlənməlidir; 
      11.3 Səhvlərin düzəlişinin səlahiyyətli şəxs və ya şəxslərin imzaları ilə təsdiq edildiyi hallar istisna olmaqla təklifdə heç bir düzəliş və dəyişiklik olmamalıdır. 
      12.  Təkliflərin təqdim olunması üçün son müddət. 
      12.1. Təklif, Əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilmiş gün və vaxtdan gec olmayaraq Satınalan təşkilata təqdim olunmalıdır. 
      13. Təyin olunmuş vaxtdan sonra təqdim olunan təkliflər. 
      13.1. Təkliflərin verilmə müddəti bitdikdən sonra Satınalan təşkilat daxil olan bütün təklifləri açılmamış halda iddiaçılara qaytarır. 
      14. Təqdim olunan təkliflərin açılması.
      14.1.    Satınalan təşkilat təkliflərin daxilolma ardıcıllığı ilə Əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilmiş ünvanda, gün və vaxtda iddiaçıların nümayəndələrinin iştirakı ilə açır. 
      14.2 Zərflərin açılmasında iddiaçının adı, təklifın qiyməti, təklifın təminatı və onun məbləği, güzəştlərin olub-olmaması haqqında məlumat və Satınalan təşkilatın lazım bildiyi digər məlumatlar elan edilir. 
      14.3 Satınalan təşkilat təkliflərin açılış protokolunu hazırlayır. 
      15.  Vahid valyutaya çevrilmə. 
      15.1. Təkliflərin qiymətləndirilməsini asanlaşdırmaq məqsədilə Satınalan təşkilat ayrı-ayrı valyutaları, banklararası valyuta birjasında təkliflərin verilmə gününə əvvəlki son valyuta hərracında müəyyənləşmiş məzənnəni əsas götürülməklə Azərbaycan manatına çevirir. 
      16. Təkliflərin müqayisəsi və qiymətləndirilməsi. 
      16.1 Əsas şərtlər toplusunun tələblərinə cavab verən kimi müəyyənləşdirilmiş təklifləri Satınalan təşkilat müqayisə edir və qiymətləndirir. 
      16.2 Təkliflərin qiymətləndirilməsində Satınalan təşkilat aşağıdakılan nəzərə almalıdır:
      a) Azərbaycan Respublikasında hazırlanmış mallar və ya artıq Azərbaycan Respublikasına gətirilmiş xarici mənşəli mallar təklif olunan halda onların qiymətlərinin (zavoddan, anbardan) üstünə İddiaçı müqavilə ilə təltif olunduqda mallar üçün ödənilməli olan vergiləri gəlir; 
      b) Xaricdən daxil olmuş mallar təklif olunan halda məntəqəyə gətirilmə dəyərinin üstünə İddiaçı müqavilə ilə təltif olduqda mallar üçün ödənilməli olan gömrük rüsumları və xaricdən gətirilən mallar üçün olan analoji vergiləri gəlir.
      16.3.  Satınalan təşkilat tərəfındən təqdim olunan təklifın qiymətləndirilməsində təklifın qiymətindən əlavə texniki spesifıkasiyada olan bir və ya bir neçə amilə diqqət yetirəcəkdir: 
      a)  ölkə daxilindəki nəql etmənin dəyəri, sığorta və Malların təyinatı üzrə axırıncı məntəqəyə gətırılməsı ılə bağlı başqa xərclər; 
      b) Təklifdə göstərilən mal göndərmənin cədvəli; 
      17. Yerli malgöndərənlərə (podratçdara) güzəştlər. 
      17.1. Satınalan təşkilat, əsas şərtlər toplusunda qeyd etmək şərti ilə yerli malgöndərənlərə (podratçılara) güzəşt edir. 
      18. Müqavilənin təltifedilmə meyarları. 
      18. Müqavilənin yerinə yetirilməsini təmin etmək üçün ixtisaslı sayılan İddiaçının təklifınin tələblərə kifayət qədər cavab verən və ən aşağı qiymətləndirilmiş qiymətə malik olduğu müəyyənləşdirilərsə Satınalan təşkilat bu İddiaçını müqavilə ilə təltif edir. 
      19. Müqavilənin təltif olunması haqqında bildiriş.
      19.1.  Təklifın qüvvədə olma müddəti bitənə qədər müqavilənin təltif olunması haqqında qərar qəbul olunduqdan sonrakı 3 bank günü müddətində qalib gəlmiş İddiaçıya Satınalan təşkilat yazılı şəkildə təklifın aksept edilməsi barədə bildiriş göndərir. 
      19.2 təklifın aksept edilməsi barədə bildiriş müqavilənin bir hissəsi hesab olunur. 
      19.3 Müqavilə bağlandıqdan sonrakı 3 bank günü ərzində Satınalan təşkilat müsabiqənin nəticələri haqqında elan verməklə, qalib gəlmiş İddiaçının adını, onun tender təklifınin qiymətini, ünvanını bildirir və digər iddiaçılara təklifın tə'minatını qaytarır. 
      20. Müqavilənin imzalanması. 
      20.1 Satınalan təşkilat qalib İddiaçıya onun təklifınin təklifın aksept edilməsi barədə bildirişlə yanaşı bu İddiaçıya, tərəflər arasında nəzərdə tutulmuş razılaşmalar daxil olmaqla, müsabiqə üçün lazım olan bütün sənədlərdən ibarət Müqavilə Formasını da göndərir. 
      20.2 təklifın aksept edilməsi barədə bildirişi aldıqdan sonrakı 5 bank günü ərzində qalib İddiaçı müqaviləni imzalamalı, onun tarixini qoymalı və Satınalan təşkilata qaytarmalıdır.

 

Əlavə 1


Təkliflər sorğusu üsulu ilə keçirilən müsabiqəyə dəvət forması


Tarix:_____________ 
Kimə _________________________________________________________________________________________________ 
                                                                                                            Hörmətli cənablar! 
Satınalan təşkilat_________________________________________________________________________________________ 
                                                                         (adı, ünvanı, telefon vəfaks, məsul şəxsin adı və vəzifəsi) 
aşağdakı  malların  (iş  və  xidmətlərin)  təkliflər  sorğusu  üsulu  ilə  satın
alınması niyyətindədir:_____________________________________________________________________________________ 
(   malların   (iş   və   xidmətlərin)      adı,   miqdarı,   texniki   xüsusiyyətləri, 
göndəriləcək və yerinə yetiriləcək yer). 
Satınalma müqaviləsi üzrə ödənişlər aşağıdakı qaydada 
aparılacaqdır:_________________________________________________ 
Malgöndərənlərin (podratçılarm) ixtisas göstəriciləri və malların (işlərin və xidmətlərin) texniki və qiymət təklifləri ayrılıqda qapalı, ikiqat zərfdə imzalanıb 
möhürlənərək,___________________________________________________________________________________________ 
ünvana "__ "_____________ 200__ -c_ il tarixə qədər təqdim olunmalıdır. 
Müsabiqəyə təqdim olunan təklifdə, malların (işlərin və xidmətlərin) qiyməti, nəqliyyat, sığorta, vergi, kömürük rüsumları və digər xərclər nəzərə almaqla göstərilməlidir.


Satınalan təşkilatın rəhbəri


__________________imza

__________________tarix

 

 

Əlavə 2


İddiaçının təkliflər sorğusu üsulu ilə keçirilən müsabiqəyə təqdim etdiyi təklifinin forması və Qiymət cədvəlləri


Tarix:_______________________ 
Kimə:_____________________________________________________________________________________________________________ 
________________________________________________________

Digər xəbərlər