
Laçın rayonunda 35 kV-luq yeni elektrik xətti çəkilib.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad olunmuş Laçın rayonu ərazisində genişmiqyaslı işləri davam etdirir.
“Güləbird” yarımstansiyasından mənbə kimi istifadə etməklə yeni çəkilən Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq xətt çəkilib. 35 kV-luq bu xətt üçün müasir, izoliyasiyalı naqildən istifadə edilib.
Güləbird ərazisindən Laçın dəhlizi istiqamətdə mövcud hava xətti isə bərpa olunub. Bütün hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib.
Laçın dəhlizi ərazisindən Minkənd kəndi istiqamətində 29 km 35 kV-luq hava xətti çəkilib. 17 km-lik 35 kV-luq “Bozlu-Pircahan” hava xəttinin tikintisi yekunlaşdırılıb. Hazırda Laçın dəhlizi daxilində 10 km uzunluğunda 35 kV-luq kabel xətti çəkilir. Görülən işlər nəticəsində Laçın rayonunun istənilən ərazisini elektrik enerjisi ilə təchiz etmək mümkündür.
Planda 5 istiqamət üzrə 35 kv-luq elektrik veriliş xətlərinin çəkilişi nəzərdə tutulub. Həmçinin, Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.
Digər xəbərlər
- Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib. 25 İyul 2022
- Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. 09 İyun 2022
- Ağcabədinin 5 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 12 Aprel 2022
- Prezident İlham Əliyev Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib 10 İyun 2022
- Tədris və İnnovasiyalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə bağlı tədbir keçirilib. 16 Mart 2022