Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirəsi yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Tədbir Şəhidlər xiyabanını ziyarətlə davam edib.
Energetiklər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edib və məzarları üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.
Digər xəbərlər
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Bu rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 25 Sentyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib 28 May 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026