Elektrik enerjisi istehlakının haqqının ödənilməsi iki tərəf arasında – elektrik şəbəkəsi və istehlakçı ilə alqı satqı müqaviləsinin bağlandığı gündən hüquqi əsas yaranır. Bu tərəflər arasında qarşılıqlı münasibətlər normativ hüquqi sənədlərin – ilk növbədə “Elektrik enerjisindən İstifadə Qaydaları”nın müddəalarının tələbləri ilə tənzimlənir. Həmin Qaydaların 1.2 bəndində bildirilir:
“Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.” Beləliklə, bu Qaydaların 1.2 bəndinin tələblərinə əsasən tərəflər arasında yaranan öhdəliklər hər iki tərəf üçün birmənalı icra sənədidir.
Eyni zamanda həmin Qaydaların 9.13.2. bəndinin tələblərinə nəzər salaq;
“Enerjitəchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə tam məbləğdə ödənilmədikdə” elektrik enerjisinin verilməsi dayandırıla bilər:
Yuxarıda qeyd olunan müddəaların tələblərindən göründüyü kimi istehlakçı istifadə etdiyi elektrik enerjisinin haqqını qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində ödəməlidir.
Qeyd olunmuş müddət çərçivəsində istehlak olunmuş elektrik enerjisinin haqqının ödənilməməsi debitor borc kimi müəyyən olunur.
Beləliklə, yuxarıda göstərilənlərdən ən mühüm nəticə kimi aşağıdakıları hasil etmək olar;
“İstehlak olunan elektrik enerjisinin haqqının vaxtında ödənilməsi, sizin məişətinizin rahatlığına münbit şərait yaratmaqla yanaşı, təchizatçı şəbəkənin dayanıqlı, səmərəli fəaliyyətinə müsbət töhfə vermiş olacaqdır.”
Digər xəbərlər
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 İyul 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026