“Prezident İlham Əliyevin müvafiq tapşırılarına əsasən, “Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları  əhatə edən  100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq. 

Layihə çərçivəsində Cəlilabad və Biləsuvarın 13 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 

Cəlilabad rayonunun Sadatlı, Qamışlıgöl, Xəlilli, Albalan, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı, Yusublu kəndlərində işlərə başlanılıb.

Görüləcək işlər çərçivəsində kəndlərdə ümumilikdə 33 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 111 km-a yaxın 10 kV-luq, 75 km-a yaxın 0,4 kV–luq elektrik xətləri yenilənəcək. 786 abonenti olan 10 kənddə elektrik sayğacları da dəyişdiriləcək.  

Biləsuvarın 3 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Rayonun Amankənd, Təzəkənd və Dərvişli kəndlərində işlərə başlanılıb.  1232 abonenti olan bu 3 kənddə ümumilikdə 19 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 36 km-a yaxın 10 kV-luq, 65 km-a yaxın 0,4 kV –luq elektrik xətləri yenisi ilə əvəzlənəcək. 

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

Digər xəbərlər