
“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.
Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd daxilində 4500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.
Buzluq kəndi daxilində 5500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.
Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanlıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.
Digər xəbərlər
- "Qarabağın gündəliyi" verilişində "Azərişıq" ASC tərəfindən Qarabağda görülən işlər haqqında 26 Aprel 2022
- Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 24 Yanvar 2022
- Prezident İlham Əliyev Bakıda yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib 10 İyun 2022
- Tədris və İnnovasiyalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə bağlı tədbir keçirilib. 16 Mart 2022
- Ağcabədinin 5 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 12 Aprel 2022