"Azərişıq” ASC 2015-ci ildə yaradılarkən prezidentin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində intensiv işləyərək istehlakçıların elektrik enerjisi ilə təchizatı və abonentlərə xidmətlərin göstərilməsi üzrə vəziyyəti radikal şəkildə dəyişməyə nail olub.
Ölkənin vahid elektrik təchizatı operator-şirkətinin yaradılmasından bu yana keçən 5 ilə yaxın müddət ərzində elektrik şəbəkəsi infrastrukturunun yenidən qurulması üçün ən ucqar dağlıq bölgələri də əhatə edən genişmiqyaslı proqram icra olunmaqdadır.
Yenidənqurma proqramının gedişi, hansı işlərin görüldüyü və abonentlərin elektrik enerjisi ilə keyfiyyətli, dayanıqlı şəkildə təmin olunmasında hansı nəticələrin əldə edildiyi barədə vaxtaşırı olaraq ictimaiyyət məlumatlandırılır. Hazırda tam Azərbaycan elektrik enerjisi infrastrukturunun vəziyyətinə görə bir çox qonşu ölkələrdən, o cümlədən əksər MDB respublikalarından öndədir. "Azərişıq” ASC prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq paytaxtdan başlamış ən ucqar bölgələrə qədər infrastrukturu müasir avadanlıqlarla, qurğularla yeniləməkdədir. Nəticədə Bakı da daxil olmaqla iri şəhərlərimizdə, bölgələrimizdə biznesin inkişafı üçün əsas şərtlərdən biri olan elektrik enerjisinə əlçatanlıq səviyyəsi yüksəlib. Prezident İlham Əliyevin də bu günlərdə bəyan etdiyi kimi, Davos Forumunun hesabatına əsasən, Azərbaycan elektrik enerjisinin əlçatanlığı üzrə dünyada ikinci ölkəyə çevrilib. Digər mühüm nailiyyət isə şəffaflığın artırılmasıdır. "Azərişıq” ASC hazırda ölkənin ən şəffaf işləyən strukturlarından biridir.
Müştəri məmnunluğunu artırmaq, məmur-vətəndaş təmaslarını minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə ilkin olaraq şirkət 4 xidmət üzrə "ASAN xidmət” və "ASAN kommunal” mərkəzlərində fəaliyyətə başlayıb.
Hazırda isə "Azərişıq” ASC bu mərkəzlərdə 16 xidmət üzrə abonentlərə xidmət göstərir. 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə "Azərişıq” ASC-yə "ASAN xidmət”, "ASAN kommunal”, KOB evləri və elektron qaydada yarım milyona yaxın müraciət daxil olub.
16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kilovata qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün "Azərişıq” ASC-də ayrıca "ASAN xidmət”lə iş departamenti yaradılıb. "Azərişıq” ASC mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsilə abonentlərin online qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib.
Səhmdar cəmiyyətin Şəmkir, Mingəçecir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzləri yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsilə Elektron Müraciətlərin İdarəolunması Sistemi "ASAN xidmət”in işinə inteqrasiya edilib.
Digər xəbərlər
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 31 May 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024
- “Azərişıq” ASC bayramla əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 19 Mart 2024
- “Azərişiq” ASC Füzulidə sahibkarlarla görüş keçirib 24 Sentyabr 2024
- “Azərişıq” ASC-də elektrik enerjisi itkilərinin azaldılması məqsədilə tədbirlər həyata keçirilir. 14 İyun 2024