“Azərişıq” ASC dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirir. Bu məqsədlə Cəmiyyətin Tədris və İnnovasiyalar Mərkəzində Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında “Sabaha yaşıl işıq” tədris kursları fəaliyyət göstərir. Müraciətlər əsasında kənar təşkilatların işçiləri, fiziki şəxslər 1 ay müddətində ödənişli əsaslarla kurslarda iştirak etmək imkanı əldə edirlər.
Təlimdə uğurla iştirak edən müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim edilir. Sonda yüksək nəticə göstərən müdavimlərin müsabiqə yolu ilə “Azərişıq” ASC-də işlə təmin olunması da həyata keçirilir.
Ətraflı məlumat üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.
(010) 225-02-25
(012) 440-39-93, daxili: 28-10
Digər xəbərlər
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026