Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov avqustun 31-i saat 10:00-da Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul Quba şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- Bakı və ətraf regionların bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 03 İyul 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026