“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 28-də Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağcabədi rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, həmçinin, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 27 Avqust 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- “Azərişıq” ASC Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb 04 Avqust 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026