"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 14-də saat 10:00-da Ağdaş şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Ağdaş şəhəri, Xiyabani küçəsi 2 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Ağdaş Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Digər xəbərlər
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 22 Sentyabr 2026
- Bakı və Abşeronun bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 14 Sentyabr 2026
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026