Dekabrın 3-də “Azərişıq" ASC-nin sədr müavini Ramil Yusifov Şirvan şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Şirvan və Hacıqabul sakinləri iştirak ediblər. Qəbulda “Azərişıq” ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənilib. R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün ASC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıq ediblər.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 Avqust 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 19 İyun 2026
- Bakı və Ağdaşın bu ərazilərində təmir işləri ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranacaq 04 Avqust 2026