Noyabrın 28-də “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Cəlilabadda vətəndaşları qəbul edib.
Qurumun Cəlilabad şəhərində yerləşən inzibati binasında keçirilən qəbulda Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak ediblər.
Qəbulda “Azərişıq”ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənib. R.Yusifov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün ASC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıq ediblər.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 24 İyun 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 12 Mart 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026