"Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) baş verən hadisə ilə bağlı bildiririk ki, Lənkəran şəhər sakini Əliyev Sabir bu gün səhər saat 08:05 radələrində idarə binasının yaxınlığına gələrək “Azərişıq” ASC əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42-BO-756 dövlət nömrə nişanlı avtomobili yandırıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisəni törədən Lənkəran şəhər sakini Əliyev Sabirə məxsus dülgər sexində hələ 2020-ci ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Kərimov Rauf tərəfindən akt yazılıb. Daha sonra “Azərişıq” ASC əməkdaşı həmin abonent tərəfindən fiziki təzyiqə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilib. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub.
Onu da qeyd edək ki, yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.
Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı “Azərişıq” ASC tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.
Digər xəbərlər
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 21 İyun 2026
- Suraxanının bu ərazilərində fasilə yaranacaq 06 Fevral 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq 16 May 2026