“Azərişıq” ASC ölkənin bütün regionlarında elektrik şəbəkələrinin yenidən qurulması ilə yanaşı maarifləndirmə işlərinə də xüsusi diqqət yetirir. Cəmiyyət sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması məqsədilə fermer, sahibkar və vətəndaşlarla bölgələrdə mütəmadi görüşlər keçirir. Onların fikirləri, təklifləri, şikayət və tövsiyələri dinlənilir.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri də Lerikdə baş tutub. Lerik rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirə 50 nəfərdən çox sahibkar və yerli sakin qatılıb. Görüşdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəhbəri, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi iştirak edib.
Görüş zamanı iştirakçılara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün ölkənin ən ucqar sərhədboyu kənd və qəsəbələrində belə vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün mütəmadi işlər görülür. Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır.
Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda tam gücü ilə aparılır.
Həmçinin, qurumun elektron xidmətləri barədə sahibkarlar və vətəndaşlarla maarifləndici söhbətlər aparılıb, eyni zamanda xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı məlumat təqdim edilib. Tədbirdə yeni elektrik şəbəkəsinə qoşulma, texniki şərtlərin verilməsi, ödənişlər, eləcə də ASAN Xidmət mərkəzlərində və elektron olaraq bütün xidmətlər ilə bağlı açıqlamalar verilib.
Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkar və vətəndaşlarla görüşləri ölkənin bütün regionlarında davam etdirirlər.
Digər xəbərlər
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 27 Yanvar 2025
- Sabunçuda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Fevral 2025
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 30 Yanvar 2025
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 11 Mart 2025
- Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 Yanvar 2025