Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda elektrik təsərrüfatını yeniləyən “Azərişıq” ASC Lənkəranın daha 4 kəndində Viravul, Daşdatük, Girdəni, Gərmətürkdə yenidənqurma işlərini davam etdirir.
Adı çəkilən kəndlər arasında 4 min nəfərə yaxın sakini olan Viravul kəndində yeni güc mərkəzləri yaradılır. Paralel olaraq köhnə, sovet dövründən qalma dayaqlar yeni və müasirləri ilə əvəz edilir. İstismar müddəti başa çatmış açıq naqillərin yerinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnə sayğaclar həyətyanı sahələrdən çıxarılaraq əvəzində müasir standartlara cavab verən yeni sayğaclar qoşulur. İşlər yekunlaşdıqdan sonra kənd sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, elektrik enerjisi itkisinin qarşısı da alınacaq.
Yenidənqurma işləri Lənkəranla yanaşı, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında, ən ucqar kənd və qəsəbələrdə də mərhələli şəkildə həyata keçirilir.
Digər xəbərlər
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb 21 May 2026
- “Azərişıq” ASC Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur 20 Avqust 2026