Son günlər hava şəraitinin kəskin pisləşməsi nəticəsində digər dağlıq bölgələrdə olduğu kimi Lerik rayonunda da qar yağıb. Hər dəfə olduğu kimi bu dəfə də “Azərişıq” ASC kəskin hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində işləyir. Lerikdə çəkilmiş kadrlardan da göründüyü kimi, ölkənin elektrik təchizatı əməkdaşları çovğuna, qara, güclü küləyə və ya leysan yağışlarına baxmayaraq abonentləri elektrik enerjisi ilə fasiləsiz təmin etmək, hava şəraitinə görə yaranan qəzaları operativ aradan qaldırmaq üçün fədakarcasına xidmət edir.
Kadrlardan göründüyü kimi yağan qar hava xətlərinin üzərində toplanıb, nəticədə bəzi yerlərdə elektrik xətləri qırılıb. Şəbəkədə son illərdə “Azərişıq” ASC tərəfindən genişmiqyaslı yenidənqurma işləri görülsə də belə qəzaları tam istisna etmək də mümkün deyil, güclü qar, külək belə qəzaları qaçılmaz edir.
Lakin “Azərişıq” ASC-nin əməkdaşları hava şəraitinin yaxşılaşmasını gözləmədən baş vermiş qəzaları operativ aradan qaldırırlar. Çünki regional elektrik təchizatı və satışı şəbəkəsində gücləndirilmiş iş rejimi ilə bağlı əməkdaşlar səfərbər olunub. Əməkdaşlar isə gecə-gündüz, hava şəraitinə baxmayaraq belə qəzaları mümkün qədər tez aradan qaldırmağa hazırdır.
Digər xəbərlər
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- “Azərişıq” ASC-nin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir 14 Sentyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- İyulun 16-da paytaxt və Lənkəranın aşağıda adı çəkilən ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 15 İyul 2026