“Azərişıq” ASC-nin Mülki Müfadiə Qərargahı işğaldan azad edilən və doğma sakinlərinə qovuşan Füzulidə məktəb şagirdləri ilə ilk dəfə maarifləndirici tədbir keçirib. Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alan 7-ci sinif şagirdləri təhlükəsizlik mövzusunda maarifləndirilib, onlara elektrik və mina təhlükəsizliyi ilə bağlı əməl olunmalı qaydalar izah olunub. Həmçinin, iştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və maarifləndirici bukletlər təqdim edilib.
Sonda məktəblilər elektrik təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə bütün ölkəyə çağırış ediblər.
Qeyd edək ki, “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla yanaşı, ölkənin bütün regionlarında maarifləndirici tədbirlər və təlimlər həyata keçirir. Şagirdlərin təhlükəsizlik qaydalarına əməl etməsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026
- “Azərişıq” ASC Ağdərənin elektrik təsərrüfatını yenidən qurur 25 Avqust 2026
- Bakı, Göyçay və Yevlaxın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 06 Sentyabr 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026