
Bu gördüyünüz videokadrlar Lerik rayonunda çəkilib. Son günlər yağan qar və şaxta nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təchiz edən yüksəkgərginlikli xətlərdə qəzalar baş verir. Kadrlardan göründüyü kimi, dayaqlar və xətlər buz bağlayıb, qalın qarla örtülüb.
Belə şəraitdə qırılan xətləri bərpa etmək asan deyil. Amma “Azərişıq” ASC-nin əməkdaşları mürəkkəb hava şəraitinə, qara, şaxtaya baxmayaraq istehlakçıların elektrik enerjisi ilə təchizatını operativ qaydada bərpa edir, qırılan xətlər təmir olunur. Bu, ölkənin elektrik təchizatı operatorunun ekstremal hava şəraitində gücləndirilmiş rejimdə necə işlədiyinin daha bir əyani sübutudur.
Digər xəbərlər
- Cəlilabad və Biləsuvarın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 06 Aprel 2022
- Sabirabadın 3 kəndinin elektrik şəbəkəsi yenidən qurulur. 24 Yanvar 2022
- Tədris və İnnovasiyalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə bağlı tədbir keçirilib. 16 Mart 2022
- Şəki və Neftçalanın kəndlərində yenidənqurma işlərinə başlanılıb. 26 Yanvar 2022
- Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. 09 İyun 2022